Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Şurasının “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində iyunun 9-da Bakıda hibrid formatda “Analitik şöbələrin əməkdaşlarının tədqiqat, təhlil və məlumatların işlənməsi bacarıqlarına dair’’ seminar keçirilib.
Seminarda analitik təhlil üzrə Avropa Məhkəməsinin, Sloveniya, Gürcüstan kimi xarici ölkələrin təcrübələri öyrənilmiş, hüquqi araşdırmalar, ümumiləşdirmələr, statistik məlumatların toplanması, təhlili, yayılması və digər məsələlər üzrə qruplarda iş aparılıb.
Avropa Şurasının, beynəlxalq ekspertlərin, milli qurumlardan - Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət tərkibdə təşkil olunan tədbirdə Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini Günay Əyyubova, Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsinin böyük prokuroru Könül Bağırova və Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Ayxan Hüseynli mövzular və verilən tapşırıqlar ətrafında çıxış edib.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı