Şriftin ölçüsü :
Saytın rəngi :
Baş Prokurorluq ilə Avropa Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası arasında olan əməkdaşlıq çərçivəsində iyunun 12-dən Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini, HELP milli tyutoru Günay Əyyubova tərəfindən Avropa Şurasının HELP Platforması üzərindən 40 hüquqşünasa (5 hakim, 7 hakimliyə namizəd, 3 prokuror, 28 vəkil) “Cinayət prosesində prosessual təminatlar və qurbanların hüquqları” distant təlim keçirilməsinə başlanılıb.
Təlimin açılışında Avropa Şurasının Ədliyyə və İnsan Haqları üzrə Təlim şöbəsinin müdir müavini xanım Ana-Maria Telbis, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov və həmin Akademiyasının dekan müavini Günel Sadıqova çıxış edib.
Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini, HELP milli tyutoru Günay Əyyubova tərəfindən “Cinayət prosesində prosessual təminatlar və qurbanların hüquqları” HELP kursunun təqdimatı keçirilib. Təqdimat zamanı kurs barədə - tematikanın əhatə dairəsi, əldə ediləcək bilik sahələri, Avropa Məhkəməsinin presedent hüququ və digər məsələlər barədə məlumat verilib.
Avropa Şurasının HELP Platforması üzərindən təşkil olunan distant kurs 3 ay müddətində - iyunun 12-dən avqustun 12-dək davam edəcək.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı