Şriftin ölçüsü :
Saytın rəngi :
İyunun 8-də Bakıda hibrid formatda “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində Avropa Şurasının Rəhbər Komitənin iclası keçirilib.
Tədbirdə Avropa Şurasının proqram əlaqələndiricisi Başak Boyoğlu, Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Petr Zix, Avropa Şurasının bölmə rəhbəri Mahir Muşteyidzadə, Azərbaycan Respublikasının Prezident Administrasiyası, Milli Məclis, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Ədliyyə Akademiyası, Vəkillər Kollegiyası və digər qurumlardan nümayəndələr iştirak edib.
Baş Prokurorluqdan Avropa Şurasının “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” layihəsinin fəaliyyətinin səmərəli həyata keçirilməsi məqsədilə yaradılmış işçi qrupunda əlaqələndirici şəxs müəyyən edilən Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini Günay Əyyubova təmsil olunub.
İclasda layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərin icmalı nəzərdən keçirilib, tərəfdaş qurumlarının nailiyyətləri və son inkişaflara dair müzakirələr aparılıb, Rəhbər Komitənin 6 aylıq (iyun-dekabr 2023-cü il üzrə) iş planı və texniki tapşırıq sənədi qəbul olunub, sonda Rəhbər Komitənin növbəti iclas tarixi müəyyən edilib.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı