Şriftin ölçüsü :

Saytın rəngi :

Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb

11.06.2023

  İyunun 10-u saat 21 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Sultan Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

  Aparılmış araşdırmalarla  1991-ci il təvəllüdlü Hüseyn Qasımovun aralarında yaranmış mübahisə zamanı tanışı Sultan Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

  Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn   Qasımov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

  İbtidai istintaq davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.