Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqda təşkil edilmiş “Dövlət qulluğunda etik dəyərlər və qanunvericiliyin tətbiqi məsələləri” mövzusunda təlim uğurla başa çatdırılıb

09.06.2023

  2023-cü ilin iyun ayının 9-da prokurorluq orqanlarında xüsusi rütbəsi olmayan vəzifələrdə çalışan işçilər üçün “Dövlət qulluğunda etik dəyərlər və qanunvericiliyin tətbiqi məsələləri” mövzusunda təlim təşkil edilib.

  Təlim üzrə tədris tədbirləri Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda işləyən əməkdaşlar üçün hibrid formada həyata keçirilib.

  Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov açılış nitqi ilə çıxış edərək, təlimin məqsədi və vəzifələri barədə iştirakçılara geniş məlumat verib, Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov isə “Dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məsələləri” mövzusunda çıxış edib.

  “Ümummilli lider Heydər Əliyev – müasir dövlət qulluğu sisteminin banisi” mövzusunda davam etmiş təlim çərçivəsində dinləyicilərə işçilər arasında qarşılıqlı münasibətlər sistemi barədə ətraflı məlumat verilib, dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi xüsusiyyətləri tədris edilib və digər əlaqəli mövzular ətrafında müzakirələr aparılıb. 

  Təlim üzrə tədris tədbirləri müasir informasiya-kommunikasiya texnologiyaları, təhlil-tədqiqat materialları, habelə beynəlxalq təcrübədə olan nümunələrdən geniş istifadə etməklə həyata keçirilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.