Şriftin ölçüsü :

Saytın rəngi :

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

09.06.2023

  Xəbər verildiyi kimi, cari il fevralın 19-da Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin öldürülməsi faktı ilə bağlı şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

  İbtidai istintaqla 1982-ci il təvəllüdlü Taleh Əhmədovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Samirə Məmmədzadəyə kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

  Taleh Əhmədova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.