Şriftin ölçüsü :

Saytın rəngi :

Naxçıvan Muxtar Respublikasının mərkəzi aparatı və rayon (şəhər) prokurorluqlarının əməkdaşları arasında futbol turniri keçirilib

07.06.2023

  Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə iyunun 6-da prokurorluq əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunmuş futbol turnirinin final oyunu keçirilib.

  Finalda Naxçıvan Muxtar Respublikası prokurorluğunun mərkəzi aparatının 2-ci komandası ilə Babək və Şahbuz rayon prokurorluqlarının birgə komandası qarşılaşıb

  Oyunda Babək və Şahbuz rayon prokurorluqlarının birgə komandası qalib gəlib.

  Sonda 1-ci və 2-ci yerə çıxan  komandalar Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev və Naxçıvan Muxtar Respublikasının   Gənclər və idman naziri Ramil Hacı tərəfindən mükafatlandırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.