Şriftin ölçüsü :

Saytın rəngi :

Cinayət və inzibati xəta

07.06.2023

  Cinayət – Cinayət qanunvericiliyi ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsidir.

  İnzibati xəta – İnzibati xətalar haqqında qanunvericiliklə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməldir.
 

  Cəza - məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir
İnzibati tənbeh – inzibati xətaya görə tətbiq olunan məsuliyyət tədbiridir 


  Cəzanın məqsədləri: 
-sosial ədalətin bərpası
-məhkumun islah edilməsi
-məhkumlar və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması


  İnzibati tənbehin məqsədləri:
-inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək
-inzibati xəta törətmiş şəxs və başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.