Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) yaradılmasının 28-ci ildönümüdür

06.06.2023

  Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Assosiasiya üzvlər arasında əməkdaşlığı təşviq edən və gücləndirən, bütün dünyada prokurorluq xidmətlərinin standartlarını və effektivliyini artıran təşkilatdır. 

  100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası müxtəlif ölkələrin prokurorlarına bilik mübadiləsi, qabaqcıl təcrübələri bölüşmək və cinayət ədaləti və qanunun aliliyi ilə bağlı məsələlərdə əməkdaşlıq etmək imkanı yaradır.

  Azərbaycanın prokurorluq əməkdaşlarının da üzv olduğu bu beynəlxalq təşkilatla qarşılıqlı və səmərəli əlaqələr qurulub.

  Xatırladaq ki, 2024-cü ildə BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağına ölkəmiz ev sahibliyi edəcək.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.