Şriftin ölçüsü :

Saytın rəngi :

Yaş həddinə çatmasına görə qulluq keçməsinə xitam verilmiş prokurorluğun veteranları Baş prokurorun birinci müavini tərəfindən qəbul edilib

06.06.2023

  İyunun 6–da Lənkəran hərbi prokuroru İmran Əhmədov və Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Əli Abdullayev təqaüdə çıxmaları ilə əlaqədar Baş prokurorun birinci müavini Elçin Məmmədov tərəfindən qəbul edilib.

  Görüşdə prokurorluğun hər iki veteranına uzunmüddətli səmərəli, həminin, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə minnətdarlıq ifadə edilib.

  Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin əmrləri ilə təltif olunmuş prokurorluğun hər iki veteranına “Prokurorluğun fəxri işçisi” döş nişanı və hədiyyələr təqdim edilib.

  Tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib, birlikdə xatirə şəkli çəkilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.