Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Bolqarıstan Respublikasının Baş prokuroru İvan Geşevin cari il martın 2-də imzaladıqları “Əməkdaşlıq haqqında Anlaşma Memorandum”u əsasında cari il mayın 29-dan iyunun 2-dək Bolqarıstanın Burqas şəhərində “Transmilli cinayətkarlığa, kibercinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə təcrübənin və ən yaxşı praktikanın mübadiləsi” mövzusunda seminar keçirilib.
Tədbirdə Baş Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Emin Mürsəliyev, Baş Prokurorluğun əməkdaşları Abbas Abbaslı, Elvar Həsənov, Ruslan Babazadə və Mələk Əliyeva təmsil edib.
Seminarda transmilli cinayətkarlıqla mübarizədə Azərbaycan Respublikasının təcrübəsi mövzusunda çıxışlar edilməklə müvafiq təqdimatlar nümayiş etdirilib.
Tədbirdə, həmçinin, Bolqarıstan, Türkiyə, Ukrayna, Litva, Moldova və Rumıniya prokurorluqlarının nümayəndələri tərəfindən sözügedən mövzu üzrə qarşılıqlı hüquqi əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.





Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı