Şriftin ölçüsü :

Saytın rəngi :

Tacikistan Baş Prokurorluğunun nümayəndə heyətinin Bakıya səfəri başa çatıb

01.06.2023

  Məlumat verildiyi kimi Tacikistan prokurorluğunun nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək görkəmli dövlət xadiminin həyat və fəaliyyəti ilə tanış olub, orada yerləşən muzey və eksponatlar barədə ziyarətçilərə ətraflı məlumat verilib.

  Səfər çərçivəsində qonaqlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasının fəaliyyəti, orada yaradılmış şərait və saxlanılan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərlə yaxından tanış olublar. 

  Bundan başqa, tacikistanlı prokurorlar 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistan dövlətini döyüş meydanında məğlub etməsi nəticəsində ələ keçirdiyi hərbi qənimətlərin nümayiş olunduğu, həmçinin, qalibiyyətimizin əbədiləşdirilməsinə xidmət etməklə xalqımızın qürur mənbəyi hesab olunan “Hərbi Qənimətlər Parkı”-nı və UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş İçərişəhəri ziyarət ediblər. 

  Qonaqlar, həmçinin Şamaxı şəhərinə səfər edərək rayon prokurorluğunun fəaliyyəti, tarixi Cümə məscidi və Azərbaycan-Tacikistan dostluq bağı ilə tanış olublar.

  Nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.