Şriftin ölçüsü :
Saytın rəngi :
Ölkəmiz sülh və təhlükəsizliyə dair tematik məsələlərin təşviq edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumları, o cümlədən terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin yayılmasına qarşı mübarizə və digər müvafiq sahələrdə həmin təşkilatın Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC) ilə səmərəli əməkdaşlıq edir.
29-30 may tarixlərində Qırğızıstanın Bişkek şəhərində UNODC-nin Mərkəzi Asiya və Cənubi Qafqaz Şəbəkəsinin (CASC) növbəti plenar görüşü baş tutub. CASC şəbəkəsinin plenar iclasları ona üzv olan dövlətlərin səlahiyyətli orqanları arasında qarşılıqlı əlaqə kanallarının yaradılması üçün mühüm vasitə olmaqla Mərkəzi Asiya və Cənubi Qafqazda regional cinayətkarlıqla mübarizə çərçivəsində qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələlərinin həllinə yönəlib. İclasın əsas məqsədi Şəbəkənin təsdiq etdiyi tövsiyələrin, həmçinin Şəbəkə çərçivəsində köməklik göstərilmiş işlər üzrə fəaliyyətin və statistik göstəricilərin müzakirəsi olub.
Azərbaycan Respublikasının Baş Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Fuad Hüseynov təmsil edərək, milli mərkəzi orqanların cinayətkarlıqla mübarizə məsələləri üzrə beynəlxalq əməkdaşlıq işinə verdikləri töhfə, beynəlxalq əlaqələr sahəsində fəaliyyət göstərən əməkdaşların treninqi, həmçinin çirkli pulların yuyulması və aktivlərin qaytarılmasına dair müvafiq sessiyalarda çıxış edib.
Həmçinin, görüşdə mütəşəkkil cinayətkarlıq, o cümlədən insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və əmlakın bərpası məsələlərində təcrübə mübadiləsi aparılmaqla Mərkəzi Asiya və Cənubi Qafqaz Şəbəkəsinin 2024-cü il üçün iş planı müzakirə edilib.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı