Şriftin ölçüsü :
Saytın rəngi :
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nün (International Children's Day) qeyd olunması qərara alınmışdır. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilmişdir.
“Uşaq hüquqları” Konvensiyası dünyada ən geniş qəbul olunmuş insan hüquqları alətidir. Konvensiya uşaqların insan hüquqlarının bütün növlərini – mülki, siyasi, iqtisadi, sosal və mədəni – bir sənəddə birləşdirir. Konvensiya BMT Baş Assambleyası tərəfindən 20 noyabr, 1989-cu il tarixində qəbul olunmuş və 1990-cı ilin sentyabrında qüvvəyə minmişdir. Konvensiyanın 41 maddəsində 18 yaşdan aşağı hər bir uşağın insan hüquqlarına hörmət olunması və müdafiə edilməsi təsvir edilir.
Valideynlə uşağın birlikdə olmaq hüququndan istifadə etmələri “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş “ailə həyatının” fundamental elementini təşkil edir və daxili qanunvericilikdə bu hüquqdan istifadəyə maneə yaradan tədbirlərin nəzərdə tutulması Avropa Konvensiyasının 8-ci maddəsi ilə qorunan hüquqa müdaxiləyə bərabərdir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, uşaqlarla bağlı bütün qərarlar qəbul edilərkən ilk növbədə onların üstün maraqlarının nəzərə alınması ideyasının dəstəklənməsi istiqamətində geniş konsensus mövcuddur (Noylinger və Şuruk İsveçrəyə qarşı, §135; X Latviyaya qarşı, §96). Uşağın üstün maraqları, xarakterindən və ciddilik dərəcəsindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutulur (Şahin Almaniyaya qarşı, §66). Bununla belə, valideynlərin maraqları, xüsusən onların uşaqla mütəmadi təmasda olmaq hüququ işdəki müxtəlif maraqlar balanslaşdırılarkən nəzərə alınmalı olan amildir (Noylinger və Şuruk İsveçrəyə qarşı, §134). Uşağın ailəsi ilə əlaqələrinin onun üçün münasib hesab edilmədiyi hallar istisna olmaqla, uşağın maraqları onun ailəsi ilə əlaqələrinin qorunub saxlanmasını tələb edir. Buradan belə nəticə çıxır ki, ailə əlaqələri yalnız son dərəcə müstəsna hallarda kəsilə bilər və şəxsi münasibətlərin qorunub saxlanması və məqsədəuyğun hallarda ailə münasibətlərinin “bərpa edilməsi” üçün mümkün olan hər şey edilməlidir (Qnaore Fransaya qarşı, §59).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı