Şriftin ölçüsü :

Saytın rəngi :

#maariflənək - “kimlər uşaq hesab edilir?”

01.06.2023

  Kimlər uşaq hesab edilir?

BMT-nin Uşaq hüquqları Konvensiyası və milli qanunvericiliyin tələblərinə əsasən 18 yaşına çatmamış və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxs uşaq sayılır

  Uşaqlara münasibətdə qadağandır:

-    icbari ümumi orta təhsildən yayındırmaq;

-    şərəf və ləyaqətə qəsd etmək; 

-    zorakılıq və qəddarlığı, o cümlədən cinayətləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya ilə təmin etmək;

-    mülki dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaları, dərman vasitələrini, etil (yeyinti) spirti, alkoqollu içkilər və tütün məmulatlarını uşaqlara satmaq.

  Uşaqların hansı hüquqları var?

- azadlıq və şəxsi toxunulmazlıq;

- ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək;

- humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq;

- valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, valideynləri və qohumları ilə ünsiyyətdə olmaq;

- ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək;

- valideynləri (və ya onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq;

- valideynlərindən və ailənin digər üzvlərindən vəsait almaq

- qanunverciliklə nəzərədə tutulan digər hüquqlar.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.