Şriftin ölçüsü :
Saytın rəngi :
Mayın 23-də Moldovanın Kişinyov şəhərində keçirilmiş Avropa İttifaqı və Avropa Şurasının maliyyələşdirdiyi “CyberEast” layihəsinin Əsas İdarəetmə Komitəsinin altıncı iclasında, həmçinin 24-25 may tarixlərində təşkil edilmiş maliyyə sahəsində beynəlxalq əməkdaşlıq üzrə regional görüşdə Baş Prokurorluğu Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Ziya Hacıyev təmsil edib.
Əsas İdarəetmə Komitəsinin iclasında çıxış edən prokurorluq əməkdaşı əmlakların bərpası sahəsində ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilməsi, müasir dövrün çağırışlarına müvafiq olaraq digər idarələrlə yanaşı Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi təsis olunması və fəaliyyəti barədə ətraflı məlumat verib.
Mövcud sahədə ölkəmizdə həyata keçirilən islahatlar, cinayət yolu ilə əldə edilmiş əmlakın bərpası mexanizmlərinin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər Avropa Şurası və Avropa İttifaqının ekspertləri, eləcə də tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
24-25 may tarixlərində keçirilən regional görüşdə kibercinayətkarlıq sahəsində beynəlxalq əməkdaşlığın, o cümlədən formal və qeyri-formal əməkdaşlıq vasitələrindən istifadə məsələləri müzakirə olunub, müxtəlif ölkələrin qabaqcıl təcrübəsi barədə məlumat verilib.
Tədbirin yekununda “CyberEast” layihəsi çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verilərək mövcud layihə çərçivəsində əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı