Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun Mətbuat xidmətinin MƏLUMATI

28.05.2023

  Xəbər verildiyi kimi mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması və digər qanunsuz hərəkətlərlə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
(https://genprosecutor.gov.az/az/post/6350)

  Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu - Hovakimyan Harut Yuriki və Qazaryan Karen Aşoti təqsirləndirilən şəxs qismində cəlb edilib və   məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.