Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayon prokurorluğunun MƏLUMATI

27.05.2023

  Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb

  Mayın 27-si Cəlilabad rayon sakini 1985-ci il təvəllüdlü Şamo Əzimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

  İlkin araşdırma zamanı 1991-ci il təvəllüdlü Rəşad Aslanovun aralarında yaranmış mübahisə zamanı yaşadıqları Cəlilabad rayon, Qarazəncir kəndi ərazisində qonşusu Şamo Əzimova bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

  Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Rəşad Aslanov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

  İbtidai istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.