Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prokurorluğunun nümayəndəsi Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən alt-komitənin iclasında iştirak etmişdir

26.05.2023

  Cari ilin 22-23 may tarixlərində Belçika Krallığının paytaxtı Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya alt-komitəsinin 10-cu iclası keçirilmişdir.

  Sözügedən tədbirdə ölkəmizi digər qurumların nümayəndələri ilə yanaşı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Anar Tağıyev təmsil etmişdir.

  Görüşlərdə qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, bu sahədə beynəlxalq əməkdaşlıq, miqrasiya, sığınacaq və sərhədlərin idarə olunması, korrupsiyaya qarşı mübarizə və preventiv tədbirlər, fərdi məlumatların mühafizəsi və digər aidiyyəti məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 

  Tədbirdə çıxış edən nümayəndəmiz ölkəmizdə bu sahədə qəbul edilmiş milli fəaliyyət planları və onların icra vəziyyəti, çirkli pulların yuyulması və aktivlərin bərpası sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, bu sahədə beynəlxalq qurumlarla əməkdaşlıq və digər görülmüş işlər barədə məlumat vermişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.