Şriftin ölçüsü :
Saytın rəngi :
Mayın 18 və 19-da Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən prokurorluq və daxili işlər orqanlarında müstəntiq vəzifəsində xidmət edən əməkdaşlar üçün “Cinayət təqibi zamanı uşaq hüquqlarının üstün mühafizəsi prinsipi” mövzusunda təlim keçirilib.
Tədris prosesinə Baş Prokurorluğun təcrübəli işçiləri ilə yanaşı, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Bakı şəhər Baş Polis İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və “Təmiz Dünya” qadınlara yardım ictimai birliyinin məsul əməkdaşları təlimçi qismində cəlb edilib.
Təlim zamanı dinləyicilərə “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti”, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”, “Yetkinlik yaşına çatmayan şəxslərin cinayət törətməsinə təsir edən bioloji və sosial amillər”, “Yetkinlik yaşına çatmayanların barəsində cinayət məsuliyyətinin xüsusiyyətləri, cinayət prosesində onların hüquqlarının qorumasının prosessual təminatları”, “Yetkinlik yaşına çatmayanların cinayətləri ilə bağlı işlər üzrə məhkəmə təcrübəsi, cəza və tərbiyəvi xarakterli təbirlərin tətbiqi məsələləri”, “Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları” və digər aktual mövzular üzrə mühazirələr deyilib, iştirakçıları maraqlandırılan suallar ətrafında müzakirələr aparılıb.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı