Şriftin ölçüsü :
Saytın rəngi :
Mayın 17-də keçirilmiş tədbirdə Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə yanaşı, Sumqayıt şəhər prokurorluğunun əməkdaşları iştirak edib.
Tədbirdən əvvəl Universitetin rektoru, professor Elxan Hüseynov və şəhər prokuroru Mürvət Həsənov ümummilli lider Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib.
Açılış nitqində dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətləri, şərəfli ömür yolu və məharətli dövlətçilik təcrübəsindən bəhs edən Elxan Hüseynov Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunun yüksək olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Sumqayıt şəhər prokuroru Mürvət Həsənov prokurorluq orqanlarının yaranma tarixi, onun inkişafının əsas mərhələləri, qazandığı uğurlar, qanunçuluğun qorunmasında səmərəli fəaliyyəti və bütövlükdə respublikamızda hüquqi dövlətin qurulmasında və hüquq sisteminin möhkəmləndirilməsində artan rolu barədə ətraflı məlumat verib.
Vurğulanıb ki, Ulu Öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların azad və sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılıb, hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulub.
Tədbir zamanı tələbələrlə səmimi fikir mübadiləsi aparılmaqla yanaşı, onların prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı sualları cavablandırılıb.








Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı