Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sərəncamına əsasən, 2023-cü ildə prokurorluq orqanlarına qulluğa qəbul olunmuş və stajorluq keçən 53 işçi üçün hibrid formada tədris kursu təşkil edilib.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirilmiş kursda təlimçi qismində prokurorluğun təcrübəli işçiləri ilə yanaşı, Milli Məclis, Konstitusiya Məhkəməsi, “Konstitusiya” Araşdırmalar Fondu, “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin məsul nümayəndələri, eləcə də səhiyyə və ədliyyə orqanlarının ekspertiza mərkəzlərinin peşəkar əməkdaşları cəlb olunub.
“Müasir prokurorluğun inkişafında Heydər Əliyevin irsi”, “Heydər Əliyev və milli dəyərlər” mövzuları ilə başlanan hazırlıq kursunun tədris proqramında praktiki əhəmiyyət kəsb edən, peşə vərdişlərinin formalaşmasına töhfə verəcək məşğələlərə üstünlük verilib.
“Korrupsiyaya qarşı mübarizə sahəsində milli mübarizə strategiyası”, “Uzun müddət bağlı qalmış qəsdən adam öldürmə cinayətləri üzrə istintaq təcrübəsi”, “Xarici valyuta vəsaitlərinin xaricdən qaytarmama cinayətinin istintaq metodikası”, “Məişət zorakılığı və onunla mübarizənin aktual problemləri”, “Qanunsuz azadlıqdan məhrum etmə və psixiatriya xəstəxanasına yerləşdirmə cinayətlərin ibtidai istintaq metodikası”, “İnzibati xətalar haqqında işlərin baxılmasında prokurorun iştirakının xüsusiyyətləri”, “Hərbi xidmət əleyhinə cinayətlərin istintaq metodikası” və digər əhəmiyyətli mövzuları yer aldığı məşğələlər zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından, eləcə də təhlil-tədqiqat materiallarından geniş istifadə edilib.
Gənc prokurorluq işçilərinin peşə vərdişlərinin formalaşdırılması istiqamətində təlimlər bundan sonra da davam etdiriləcək.





Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı