Şriftin ölçüsü :
Saytın rəngi :
Mayın 16-17-si tarixlərində Moskvada Azərbaycan və Rusiya prokurorluqları arasında 2021-2023-cü illər üzrə Əməkdaşlıq Proqramının icrası ilə əlaqədar “Sahibkarların hüquqlarının qorunması haqqında qanunların icrasına nəzarətin aktual problemləri” və “Təbiətdən istifadə və ətraf mühitin qorunması sahəsində qanunpozuntularının qarşısının alınması istiqamətində təcrübə mübadiləsi” mövzularında dəyirmi masa keçirilib.
Dəyirmi masada Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq və Cinayət təqibindən kənar icraatlar idarəsi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.
Tədbirdə qeyd olunan mövzularda təqdimatlar edilib, həmçinin, Azərbaycan Respublikası Prokurorluğunun nümayəndə heyəti tərəfindən ölkəmizdə korrupsiya və ekoloji cinayətlərə qarşı aparılan mübarizə və bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib.
Səfər zamanı nümayəndə heyəti Rusiya Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq baş idarəsinin əməkdaşları ilə görüşlər keçirərək ekstradisiya, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və tərəfləri maraqlandıran digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparıb.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı