Şriftin ölçüsü :
Saytın rəngi :
“ADA” Universiteti və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında imzalanmış birgə əməkdaşlıq haqqında memorandumu üzrə tədbirlər uğurla davam etdirilir.
Tədbirlərin davamı olaraq, mayın 17-si “ADA” Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov, ABŞ-nin nüfuzlu universitetlərindən olan Vaşinqton Hüquq Kollecinin “Beynəlxalq Hüquq Araşdırmaları Proqramı”nın rəhbəri (ILSP), professor Padideh Ala’i, həmçinin Universitetin “Xarici və Beynəlxalq Proqramlar”ının rəhbəri, professor Melanija Radnovic Baş Prokurorluğun inzibati bina kompleksində olub.
Qonaqlar Baş Prokurorluğun inzibati bina kompleksi, o cümlədən Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, mühazirə, praktiki məşğələlər və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olub, onlara icbari təlimə cəlb olunmuş prokurorluq əməkdaşlarının tədris prosesi əyani olaraq nümayiş etdirilib.
Daha sonra qonaqlara prokurorluğun fəaliyyət istiqamətləri, cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən metodlar, bu sahədə ölkəmizdə əldə edilmiş müsbət təcrübə barədə ətraflı məlumat verilib.
Nümayəndə heyətinin üzvləri prokurorluq orqanlarında yaradılmış şərait və görülən işləri yüksək qiymətləndirib.
Görüşdə səmərəli fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı qonaqları maraqlandıran suallar cavablandırılıb.
Sonda xatirə fotoşəkli çəkdirilib.







Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı