Şriftin ölçüsü :

Saytın rəngi :

Füzulidə “Narkomaniyaya qarşı mübarizə vətəndaşlıq borcumuzdur” adlı tədbir keçirilib

17.05.2023

  Mayın 16-da Füzuli rayon prokurorluğu tərəfindən rayonun Böyük Bəhmənli kəndində yerləşən 1 nömrəli tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə vətəndaşlıq borcumuzdur” adlı tədbir keçirilib.

  Tədbirdə Füzuli rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, məktəbin yuxarı sinif şagirdləri iştirak edib. 

  İştirakçılara narkotik vasitə və psixotrop maddələrin insan orqanizminə və sağlamlığına zərəri barədə ətraflı məlumat verilib və mövzu ilə bağlı şagirdlərin çoxsaylı sualları ətraflı cavablandırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.