Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prokurorluğunun əməkdaşları türk dövlətlərinin Qurultayında iştirak edib

02.05.2023

  Cari il 26-27 aprel tarixlərində Türkiyənin Bursa şəhərində Türk Dövlətləri Təşkilatı və TİKA-nın (Türk İşbirliyi və Koordinasyon Ajnası) birgə təşkilatçılığı ilə imzalanmış “Ədalət Mühakiməsi Tədrisi üzrə Türk Şəbəkəsinin təsis edilməsi haqqında” Anlaşma Memorandumunun icrası çərçivəsində kibercinayətkarlıq mövzusunda Qurultay keçirilib. 

Üzv ölkələrin hakim və prokurorları üçün keçirilmiş tədbirdə ölkəmizi Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Binnət Həsənov və Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev təmsil edib.

Qurultay çərçivəsində Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının nümayəndələri ilə “Beynəlxalq hüquqi baza və milli qanunvericilikdə kibercinayətkarlıqla mübarizə” sahəsində məlumat mübadiləsi və müzakirələr aparılıb, Türkiyə Cümhuriyyətinin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri tərəfindən kibercinayətkarlıqla mübarizə sahəsində təqdimatlar edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.