Şriftin ölçüsü :
Saytın rəngi :
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında aprelin 17-də keçirilmiş “Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin əməkdaşları iştirak edib.
Konfransda Polis Akademiyasının rəisi Canpolad Daanov, Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov, BDU-nun Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, professor Firuzə Abbasova, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin Hüquq təminat şöbəsinin müdiri Taliyə İbrahimova və çıxış edərək hüquqi dövlət quruculuğu və hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyin artırılması, dövlətçiliyə sadiq, vətənpərvər və peşəkar kadrların yetişdirilməsində Ulu öndər Heydər Əliyevin xüsusi rolunu vurğulamışlar.
Mövzu ətrafında həmçinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Dövlət Gömrük Komitəsi Akademiyasının, Türkiyə Respublikası Təhlükəsizlik Elmləri İnstitutunun, Rusiya Federasiyası DİN-in Moskva Universitetinin və Voronej İnstitutunun, UNİCEF-in Azərbaycan Nümayəndəliyinin və Moldova Respublikası DİN-in Akademiyasının nümayəndələrinin çıxışları dinlənilmişdir.
Bundan sonra, yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik problemlərinin həllinə yönəlmiş təkliflər irəli sürülmüş, mövzu ətrafında müzakirələr aparılmış və konfransın bəyannaməsi qəbul olunmuşdur.
Sonda xatirə fotoşəkili çəkilmişdir.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı