Şriftin ölçüsü :

Saytın rəngi :

Aktivlərin bərpası sahəsində əməkdaşlıq davam etdirilir

25.04.2023

  Aprelin 18-i və 19-da İrlandiyanın Dublin şəhərində “Mülki müsadirə və izaholunmaz sərvət sərəncamı: qanunsuz əldə edilmiş aktivlərin həbsi və müsadirəsinin müasir üsulları” mövzusunda tədris turu keçirilib.

  Tədbir Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələrinə dəstək proqramı çərçivəsində BMT-in Beynəlxalq cinayətkarlıq və ədalət mühakiməsi məsələləri üzrə elmi-tədqiqat institutu (UNİCRİ) tərəfindən həyata keçirilən layihə çərçivəsində reallaşıb. 

  Tədris turunda Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev və idarənin prokuroru Əhməd Həsənov iştirak edib.

  Tədbirin ilk günü İrlandiyanın Cinayət Aktivləri Bürosu (CAB) və Birləşmiş Krallığın Milli Cinayət Agentliyinin əməkdaşları tərəfindən qurumun strukturu, fəaliyyət mexanizmi və resursları barədə geniş məlumat verilmiş, aktivlərin idarə olunması, anonim məlumatların analizi, vergi, gömrük və sosial təminat və digər əlaqəli məsələlər üzrə təqdimatlar edilib.

  Tədbir çərçivəsində qurumun fəaliyyəti və mülki müsadirə prosesi real rejimdə nümayiş etdirilib, iştirakçılara təqdimatlara dair geniş məlumatlar verilib.

  İştirakçılara həmçinin Azərbaycanla UNİCRİ-nin xarici ölkələrdə yerləşən cinayət aktivlərin bərpasına dair birgə fəaliyyətini əks etdirən qısametrajlı videoçarx nümayiş olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.