Şriftin ölçüsü :

Saytın rəngi :

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Açıq qapı günü keçirilib

19.04.2023

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin 19-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunda “Açıq qapı” günü keçirilib.

Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin müəllim və tələbələrinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd Azərbaycan dövlətinin memarı Heydər Əliyevin siyasi irsi, eləcə də hüquqi dövlət quruculuğu sahəsindəki fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandırmaq, eyni zamanda onları prokurorluğun fəaliyyət istiqamətləri ilə tanış etmək olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları "Prokurorluq orqanlarının dövlət təsisatları sistemindəki yeri və prokurorluq orqanlarında həyata keçirilən islahatlar“, "Ulu öndər Heydər Əliyevin prokurorluğa qayğısı" və "Dövlət ittihamın müdafiəsi haqqında" mövzularında çıxışlar edib.

Həmçinin, tələbələr prokurluğun kitabxanası və kriminalistik avtomaşının iş prinsipi ilə tanış olduqdan sonra onlar üçün hadisə yerinin şərti müayinəsi təşkil olunaraq, hadisə baş verdikdə aparılan istintaq ilkin hərəkətləri izah olunub.

Sonda xatirə fotoşəkili çəkilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.