Şriftin ölçüsü :
Saytın rəngi :
Prokurorluq orqanlarında etik davranış qaydaları və sosial şəbəkələrdən istifadə zamanı peşəkar davranışa riayət olunmasına hər zaman böyük önəm verilir.
Bu səbəbdən 2023-cü ilin mart və aprel aylarında Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə ümumilikdə 443 nəfər prokurorluq işçisi üçün hibrid formada “Etik davranış qaydalarının tətbiqi əsasları və xüsusiyyətləri” mövzusunda növbəti treninqlər keçirilmişdir.
Treninq zamanı Ulu öndər Heydər Əliyevin ölkəmizdə etik davranış qaydalarının formalaşmasında əvəzolunmaz rolu barədə ətraflı məlumat verilmiş, milli qanunvericilikdə etik davranış qaydalarına olan tələblər müzakirə edilmiş, yeni Etik Davranış Kodeksinin müddəaları şərh edilmiş, prokurorluq işçisinin sosial media sahəsində etik davranış xüsusiyyətləri diqqətə çatdırılmış, eləcə də etik davranış qaydaları üzrə beynəlxalq norma və tələblər tədris edilmişdir.






Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı