Şriftin ölçüsü :
Saytın rəngi :
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin birgə təşkilatçılığı ilə cari ilin aprelin 13-14-də prokurorluq işçiləri üçün “Maliyyə istintaqının taktikası və metodikası” mövzusunda hibrid formatda təlim keçirilib.
Tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları, habelə “Avropa Qonşuluq Aləti” çərçivəsində həyata keçirilən “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Twinning” layihəsinin daimi məsləhətçisi təlimçi qismində iştirak edərək, maliyyə istintaqının taktikası və metodikasının əsasları sahəsində yerli və beynəlxalq təcrübəni dinləyicilərin diqqətinə çatıdırıb.
Ümumilikdə 88 prokuroruq əməkdaşının dinləyici qismində iştirak etdiyi təlim zamanı “Paralel maliyyə istintaqı”, “Açıq mənbəli kəşfiyyat üsulları (OSINT)”, “Maliyyə istintaqının taktikası və metodikası”, “Xarici ölkələrin təcrübəsi və ölkədaxili qarşılıqlı əməkdaşlıq”, “Maliyyə istintaqı sahəsində xarici ölkələrin təcrübəsi”, “Maliyyə istintaqı sahəsində Litva Respublikasının təcrübəsi”, “Maliyyə təhlilinin aparılması qaydaları və məqsədləri: taktiki əsaslar və şərtlər” kimi yeni və aktual mövzular tədris edilib.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı