Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Xaçmaz rayonu ərazisində baş vermiş yanğın hadisəsi nəticəsində iki nəfər şəxsin ölməsi faktı ilə bağlı araşdırma aparılır

10.04.2023

Baş Prokurorluğunun Mətbuat xidmətindən daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, aprelin 10-u saat 02 radələrində Xaçmaz rayonu Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 1963-cü il təvəllüdlü Aslan Tarverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın ölməsi  faktı ilə bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.