Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prokurorluğunun əməkdaşları beynəlxalq elmi-praktiki konfransda iştirak edib

07.04.2023

Aprelin 7-si Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanları Akademiyasının təşkilatçılığı ilə Qazaxıstan SSR Prokuroru O.S.Seitovun 100 illiyinə həsr edilən “Müasir hüquq elminin inkişafı: nəzəriyyə və təcrübə” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Müxtəlif dövlətlərin prokurorluq işçiləri və hüquqşünas alimlərinin iştirak ilə hibrid formatda keçirilən tədbirdə Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin əməkdaşları təmsil edib.

Konfransın plenar sessiyasında Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov açılış nitqi ilə çıxış, Mərkəzin əməkdaşları isə tədbir iştirakçılarını maraqlandıran sualları cavablandıraraq müzakirələrdə iştirak edib.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyası arasında tədris və elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında bağlanmış memorandumun icrasına dair həyata keçirilən səmərəli əməkdaşlıq xüsusi vurğulanaraq, Azərbaycan tərəfinə minnətdarlıq ifadə olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.