Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror Kamran Əliyev 85 illik yubileyi ilə əlaqədar Azərbaycan SSR Prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovu yubiley medalı ilə təltif etmişdir

20.03.2023

  Martın 20-si Baş prokuror Kamran Əliyev 85 illik yubileyi ilə əlaqədar Azərbaycan SSR Prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovla görüşərək Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektivi adından təbriklərini və xoş arzularını çatdırmış, onu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmişdir.

  Görüş zamanı Kamran Əliyev və İlyas İsmayılov xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə şəkilləri çəkdirmişlər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.