Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun əməkdaşları regional seminarda iştirak edib

17.03.2023

Cari ilin 15-16 mart tarixlərində Tbilisi şəhərində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) ilə Gürcüstanın Prokurorluğu tərəfindən cinsi istismar məqsədi ilə insan alverinə qarşı Cənubi Qafqaz və Mərkəzi Asiya təcrübəsinə həsr olunmuş birgə regional seminar keçirilib. 

Tədbirdə Baş Prokurorluğun əməkdaşları Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Elvar Həsənov və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Mələk Əliyeva təmsil edib.

Cinsi istismar məqsədi ilə insan alverinə qarşı mübarizə sahəsi üzrə nüfuzlu ekspertlərin, eləcə də, insan alveri cinayətlərinin istintaqına məsul şəxslərin iştirak etdiyi tədbirdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda ən yaxşı və qabaqcıl təcrübə paylaşılıb, bu sahədə aktual məsələlər müzakirə olunub, qurumlararası əməkdaşlığın və koordinasiyanın gücləndirilməsində qeyri-hökumət təşkilatların və digər vətəndaş cəmiyyəti institutlarının rolu mövzularında fikir mübadiləsi aparılıb. 

Həmçinin, Baş Prokurorluğu təmsil edən əməkdaşlar tərəfindən cinsi istismar məqsədi ilə insan alverinə qarşı mübarizədə idarələrarası, qurumlararası və transsərhəd əməkdaşlıq mövzularında təqdimatlar nümayiş etdirilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.