Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Ayrı-seçkilik (4)

15.03.2023

  Ayrı-seçkiliyi qadağan edən Aİ Direktivlərinə əsasən, müdafiə olunan əsasların yalnız bunlardan ibarət olduğu müəyyən edilmisdir: cinsi mənsubiyyət, irqi mənsubiyyət və ya etnik mənsə, yaş, əlillik, din və ya əqidə və cinsi oriyentasiya. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyasına əsasən isə bu siyahı daha müfəssəl və açıq tipli olduğundan konkret islərdən asılı olaraq artırıla bilər. Aİ qanunvericiliyinə əsasən, cinsi mənsubiyyət gender özünəməxsusluğunu çox məhdud, əməliyyat yolu ilə cinsini dəyismək niyyətində olan səxsləri müdafiə edəcək dərəcədə özündə əks etdirir. Gender özünəməxsusluğu məsələlərinə Avropa Məhkəməsi tərəfindən də baxılır. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyasına əsasən, dərinin rəngi, nəsil, vətəndaşlıq, dil və ya din kimi elementlər irqi mənsubiyyətə və ya etnik mənsəyə aid müdafiə olunan əsaslarla əhatə olunur. Vətəndaşlıq zəminində ayrı-seçkilik "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyasına əsasən, müdafiə olunan əsas kimi səciyyələndirilir. Vətəndaşlıq zəminində ayrı-seçkilik yalnız Aİ qanunvericiliyi tərəfindən insanların sərbəst hərəkət etmə qanunvericiliyi kontekstində qadağan olunur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.