Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nüməyəndəsi Avropa Şurası tərəfindən təşkil olunmuş tədris səfərində olub

14.03.2023

Avropa Şurası tərəfindən “Azərbaycanda Avropa Məhkəməsi qərarlarının icrasının təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin Administrasiyanın, Ali Məhkəməsinin və Baş Prokurorluğunun nümayəndələri 8-10 mart 2023-cü il tarixlərində Fransanın Strasburq şəhərində təşkil olunan seminarda iştirak edib.

Tədris səfərində Baş Prokurorluğu Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova təmsil edib. 

Baş Prokurorluğun nümayəndəsi səfər çərçivəsində Avropa Şurası Nazirlər Komitəsinin 1459-cu İnsan Hüquqları (DH) iclasında iştirak edib.

Bundan başqa, Avropa Şurasının İcra Departamenti ilə plenar iclasda icra prosesində icmal və qərarlara əməl etmək öhdəliyi, ibtidai araşdırmanın, məhkəmə icraatının yenidən başlanılması, prosessual aspektlər, Fəaliyyət Planlarının və Hesabatların hazırlanması mövzularında müzakirələr keçirilib, “HUDOC-EXEC” məlumat bazasına dair təqdimat edilib, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hakim və hüquqşünasları ilə görüşlər keçirilməklə qarşılıqlı səmərəli fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.