Şriftin ölçüsü :

Saytın rəngi :

"Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev" mövzusunda elmi-praktiki konfrans keçirilib

13.03.2023

  Naxçıvan Muxtar Respublikasında "Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev" mövzusunda elmi-praktiki konfrans keçirilib.

  Konfransda Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev və prokurorluğun əməkdaşları da iştirak edib.

  Konfransda çıxışı zamanı Sənan Paşayev Naxçıvan MR Prokurorluğu ilə muxtar respublikada fəaliyyət göstərən vəkil qurumları arasında səmərəli və işgüzar münasibətlərin qurulmasının vacibliyini vurğulayıb, ibtidai araşdırma zamanı şəxslərə vaxtında və keyfiyyətli hüquqi yardımın göstərilməsi məqsədilə Muxtar Respublikada fəaliyyət göstərən vəkillərin sayının artırılması, bir sıra rayon mərkəzlərində vəkil bürolarının təsis edilməsi ilə bağlı təkliflər irəli sürüb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.