Şriftin ölçüsü :
Saytın rəngi :
Martın 9-da Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzi tərəfindən Baş Prokurorluq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizənin əsasları” mövzusunda onlayn beynəlxalq seminar keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Millət vəkili, Anti-korrupsiya Təlim Mərkəzinin rəhbəri Kamal Cəfərov korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlar tərəfindən görülən tədbirlər barədə məlumat verib.
Seminarda Beynəlxalq Anti-Korrupsiya Akademiyasının mühazirəçisi, ABŞ-ın Yel Universitetinin hüquq üzrə fəlsəfə doktoru, professor Maykl Conston korrupsiyaya qarşı mübarizənin əsasları sahəsində beynəlxalq təcrübəni dinləyicilərin diqqətinə çatdırıb.
Sonda iştirakçılarla birgə mövzu ilə bağlı müzakirələr aparılıb.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı