Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Ayrı-seçkilik (3)

10.03.2023

Avropa Məhkəmэsi irqi mənsubiyyət və etnik mənşə anlayışlarını izah edərkən belə bir qənaətə gəlmişdir ki, dil, din, milliyyət və mədəniyyət irqi mənsubiyyət sahəsinin ayrılmaz hissələridir. Timişevin işinə əsasən, çeçen mənşəli iddiaçıya sərhəd-buraxılış məntəqəsindən keçmək icazəsi verilməmişdir, çünki sərhədçilərə çeçen mənşəli şəxslərin ölkəyə gəlməsinə rədd cavabı vermək göstərişi verilmişdir. Avropa Məhkəmэsi buna belə bir izahat vermişdir: “Etnik mənşə və irqi mənsubiyyət bir-birilə qarşılıqlı əlaqədə olan və qismən üst-üstə düşən anlayışlardır. İrqi mənşə dərinin rəngi və ya sifətin quruluşu kimi morfoloji xüsusiyyətlərə əsasən insanların yarımnövlər üzrə bioloji təsnifatı ideyası üzərində qurulduğu halda etnik, mənşə eyni milliyət, tayfa mənsubiyyəti, dini əqidə, ümumi dil, mədəni və ənənəvi köklər və əsaslarla səciyyələndirilən ictimai qruplar ideyası üzərində qurulur.”

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.