Şriftin ölçüsü :

Saytın rəngi :

Martın 15-də Baş prokuror İsmayıllıda vətəndaşları qəbul edəcək

09.03.2023

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il martın 15-də, saat 10:00-da İsmayıllı rayon prokurorluğunun inzibati binasında İsmayıllı, Qobustan, Şamaxı, Qəbələ və Oğuz rayon sakinlərinin qəbulunu keçirəcək.
  Vətəndaşların qəbulla bağlı qeydiyyatı və İsmayıllı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
  Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-01-48, (012) 361-14-07 nömrəli telefonları və contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.