Şriftin ölçüsü :
Saytın rəngi :
Ayrı-seçkiliyin qadağan olunmasına dair direktivlər ayrı-seçkilik əməllərinə qarşı mübarizə sahəsində cinayət hüququndan istifadə etmək öhdəliyini üzv dövlətlərin üzərinə qoymasalar da, Aİ Şurasının Çərçivə Qərarı müvafiq qruplara qarşı yönəldilmiş irqi mənsubiyyət, dini baxışlar, milli mənsubiyyət və ya etnik mənşə zəminində zorakılığın və ya nifrətin təhrikçilik ilə əlaqədar, həmçinin irqçi və ya ksenofobik materialların və çağırışların yayılmasına, soyqırmın tanınmaması və ya inkar edilməsinə, hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə cinayət məsuliyətinin təmin edilməsi öhdəliyini Aİ-yə üzv olan dövlətlərin üzərinə qoyur. Eyni zamanda, üzv dövlətlər irqçi və ya ksenofobik niyyətləri ağırlaşdırıcı hal kimi nəzərə almağa borcludurlar. Ayrı-seçkiliyə məruz qoyma göstərişləri ayrı-seçkiliyin bir forması kimi nəzərə alınmaqla yanaşı, xüsusilə irqi mənsubiyyət və ya etnik mənşə zəminində baş verdikdə cinayət hüququ ilə cəzalandırılmalı əməl kimi qiymətləndirilir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı