Şriftin ölçüsü :

Saytın rəngi :

Bolqarıstan Baş prokurorunun ölkəmizə işgüzar səfəri davam edir

03.03.2023

Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Bolqarıstan Respublikasının Baş prokuroru İvan Geşevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir. 

Nümayəndə heyəti Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olub, onlara Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.

Martın 3-də Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Bolqarıstanın Baş prokuroru İvan Geşev Bakı Slavyan Universitetində olublar. Rektor Anar Nağıyev qonaqları salamlayaraq təhsil ocağının, həmçinin Bolqar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti barədə məlumat verib.

Baş prokuror Kamran Əliyev həmkarını Bolqarıstanın Milli Günü münasibətilə təbrik edərək, dost ölkənin prokurorluq orqanlarına fəaliyyətlərində uğurlar arzu edib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.