Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Ayrı-seçkilik

02.03.2023

  Aİ Şurasının “İrqçiliyin və ksenofobiyanın müəyyən formalarına və təzahürlərinə qarşı cinayət hüququ vasitəsilə mübarizəyə dair” Çərçivə Qərarı irqçiliyin və ksenofobiyanın müvafiq qruplara qarşı yönəldilmiş “irqi mənsubiyyət, dərinin rəngi, dini, nəsil, milli və ya etnik mənşə zəminində” zorakılıqdan və ya nifrətdən ibarət olduğunu müəyyən edir. AŞ-nin İrqçiliyə və Dözümsüzlüyə qarşı Komissiyası da (İDAK) irqi mənsubiyyət zəmində ayrı-seçkiliyin müəyyənləşdirilməsi istiqamətində “irqi mənsubiyyət, dərinin rəngi, dil, din, milliyyət, milli mənsubiyyət və ya etnik mənşə” məsələlərini özündə əks etdirən geniş bir yanaşmanı qəbul etmişdir. Eyni zamanda, Aİ-yə və Avropa Şurasına üzv olan bütün dövlətlər tərəfindən imzalanmış BMT-nin “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” 1966-cı il tarixli Konvensiyasının 1-ci maddəsi də irqi ayrı-seçkiliyin “irqi mənsubiyyət, dərinin rəngi, nəsil, milli mənsubiyyət və ya etnik mənşə” əlamətlərindən ibarət olduğunu müəyyən etmişdir. Bundan başqa, bu Konvensiyanın şərh olunmasına və monitorinqinə məsuliyyət daşıyan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitə (CERD) bəyan etmişdir ki, əgər əksi əsaslandırılmayıbsa, şəxsin konkret irqi və ya etnik qrupa mənsubiyyətinin müəyyən edilməsi “həmin şəxsin…özünü müəyyənləşdirilməsinə” əsaslanacaq. Bu dövlət tərəfindən tanınmayan hansısa etnik qrupun müdafiə olunmamasının qarşısını alır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.