Şriftin ölçüsü :
Saytın rəngi :
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluqda çalışan dövlət qulluqçularının bilik və peşə hazırlığının artırılması məqsədilə mütəmadi olaraq tədris tədbirləri təşkil edilir.
Bu tədbirlərin davamı olaraq, fevralın 28-i prokurorluq orqanlarında xüsusi rütbəsi olmayan vəzifələrdə çalışan 165 nəfər üçün “Dövlət qulluğunda etik dəyərlər və qanunvericiliyin tətbiqi məsələləri” mövzusunda növbəti təlim təşkil edilib.
Dinləyicilərə “Ümummilli lider Heydər Əliyev – müasir dövlət qulluğu sisteminin banisi”, “Dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məsələləri”, “İşçilər arasında qarşılıqlı münasibətlər sistemi” və “Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzularında mühazirə-təqimatlar nümayiş etdirilib.
Prokurorluq orqanlarında çalışan dövlət qulluqçuları üçün təlimlər davam etdiriləcək.







Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı