Şriftin ölçüsü :

Saytın rəngi :

Həkimin cərrahi əməliyyatı düzgün icra etməməsi faktı ilə bağlı cinayət işi başlanıb

28.02.2023

  “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğuna araşdırma aparılıb.

  Araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilmiş cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən edilib.

  Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

  Hazırda istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.