Şriftin ölçüsü :
Saytın rəngi :
Hüceyrə materialının götürülməsi və saxlanılması, eləcə də hüceyrə nümunələrindən götürülmüş DNT nümunələrinin təyin edilməsi və saxlanılması "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş şəxsi həyata hörmət hüququna müdaxilə təşkil edir (S. və Marper Birləşmiş Krallığa qarşı [BP], §§ 71-77; Van der Velden Niderlanda qarşı (qərardad); W. Niderlanda qarşı (qərardad)), hərçənd ki, bu mülahizə məhkum edilmiş cinayətkarların DNT nümunələrinin gələcək cinayət proseslərində istifadə edilmək üçün götürülməsinə və saxlanılmasına şamil edilməyə bilər (Perutso və Martens Almaniyaya qarşı (qərardad), §§ 42 və 49). Belə müdaxiləyə Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndi ilə haqq qazandırmaq mümkün deyilsə, yəni o, "qanunla nəzərdə tutulmayıbsa", həmin bənddə sadalanan bir və ya bir neçə qanuni məqsədi daşımırsa və həmin məqsədlərə nail olmaq üçün "demokratik cəmiyyətdə zəruri" deyilsə, o halda həmin müdaxilə Avropa Konvensiyasının 8-ci maddəsinə zidd olacaq (Perutso və Martens Almaniyaya qarşı (qərardad)).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı