Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun inzibati bina kompleksində mediatur təşkil olunub

24.02.2023

  Xəbər verildiyi kimi, cari ilin 22 və 23 fevral tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Mətbuat xidmətinin birgə təşkilatçılığı ilə medianın və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda treninq keçirilib.

  Medianın bütün növ qruplarının (televiziya, radio, çap mətbuatı, xəbər agentliyi, internet portal) və müxtəlif ictimai birliklərin nümayəndələrinin iştirak etdiyi treninq üzrə Baş Prokurorluğun inzibati bina kompleksində mediatur təşkil olunub.

  Media tur çərçivəsində tədbir iştirakçıları Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, kitabxanalar, qabaqcıl texnikalarla təchiz olunmuş kriminalistik və istintaq otaqları ilə, eləcə də mobil kriminalistik laboratoriyalı avtomobillərlə tanış olub. 

  Prokurorluq orqanları tərəfindən 2022-ci il ərzində görülmüş işlərlə bağlı videoçarx və “Valideynimin peşəsi” adlı qısa metrajlı film izləndikdən sonra iştirakçılarla fikir mübadiləsi aparılıb, Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərovun iştirakı ilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.