Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Baş prokurorunun müvafiq Sərəncamına əsasən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq və daxili işlər orqanlarının işçiləri üçün təşkil edilmiş “İbtidai istintaq zamanı yol verilən nöqsanların aradan qaldırılması və işin keyfiyyətinin yüksəldilməsi” mövzusunda növbəti seminar uğurla başa çatmışdır.
Tədris tədbirləri cari ilin fevral ayının 21-i və 22-si dinləyiciləri iş yerindən ayırmadan, distant formada və canlı vaxt rejimində həyata keçirilib.
Seminarda dinləyici qismində 21 inzibati ərazi vahidində fəaliyyət göstərən 35 prokurorluq və 72 polis işçisi, təlimçi qismində Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi, habelə Elm-Tədris Mərkəzinin işçiləri iştirak etmişlər.
Seminar çərçivəsində dinləyicilərə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işləri üzrə tövsif, sübutetmə və istintaq hərəkətlərinin icrasının aktual problemləri və onların həlli yolları tədris edilmiş, belə işlər üzrə məhkəmənin hazırlıq iclasında və məhkəmə baxışı zamanı aşkarlanan prosessual pozuntular barədə ətraflı məlumat verilmişdir.
Həmçinin, dinləyicilərə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri üzrə ibtidai istintaq zamanı qarşıya çıxan prosessual və sübutetmə problemləri, onların hüquqi nəticələri, dələduzluğa dair cinayət işləri üzrə sübutetmə metodikası, bu qəbildən olan əməllərin mülki hüquqi xarakterli münasibətlərdən və onun hüquqi nəticələrindən fərqləndirmə qaydası izah edilmişdir.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı