Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Fərdi məlumatların toplanması və saxlanması (5)

21.02.2023

  Cinayət işləri üzrə ədalət mühakiməsi sistemində müasir elmi üsullardan istifadə məsələsi üzrə Avropa Məhkəməsi müəyyən etmişdir ki, belə üsullardan geniş istifadənin potensial faydalarını şəxsi həyata aid olan mühüm maraqlarla diqqətlə balanslaşdırmadan bu üsullardan nəyin bahasına olursa-olsun istifadə edilərsə, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 8-ci maddəsi ilə təmin edilən müdafiə qəbuledilməz dərəcədə zəifləmiş olar (S. və Marper Birləşmiş Krallığa qarşı [BP], § 112).
  Tətbiq edilməli olan təminatlara aydınlıq gətirən və həmçinin məlumatların hansı hallarda toplana biləcəyini, onların saxlanılmasının müddətini və hansı hallarda məhv edilə biləcəyini göstərən dəqiq və ətraflı qanunvericilik normalarının olmadığı bir vəziyyətdə heç bir fərq qoyulmadan və müddət məhdudiyyəti tətbiq edilmədən şəxsə aid cinayət xarakterli məlumatların toplanması, çətin ki, Avropa Konvensiyasının 8-ci maddənin tələblərinə uyğun olsun (M.M. Birləşmiş Krallığa qarşı, § 199).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.